Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və oğlu Sedrak Köçəryan tutulub.
***
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan Antikorrupsiya Komitəsinə aparılıb.
Erməni general: "Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında Robert Köçəryan və Serj Sarkisyan işitrak edib"
FED.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Robert Köçəryanın evindədirlər və hüquq-mühafizə orqanları evdə axtarışları davam etdirirlər.
Məlumata görə, Köçəryan ailəsinin üzvləri də hazırda evdədirlər.
Qeyd edək ki, bundan əvvəl Robert Köçəryanın Antikorrupsiya Komitəsinə aparıldığı, oğlu Levon Köçəryanın evində isə axtarış keçirildiyi bildirilmişdi.
***
Ermənistanın ikinci prezidenti Robert Köçəryan Antikorrupsiya Komitəsinə aparılıb.
FED.az xəbər verir ki, bu barədə Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan məlumat verib.
Onun sözlərinə görə, səhər saatlarında istintaq orqanlarının əməkdaşları Robert Köçəryanı Antikorrupsiya Komitəsinə aparıblar.
Eyni zamanda, Robert Köçəryanın oğlu Levon Köçəryanın evində axtarış aparıldığı rəsmən təsdiqlənib.
Ermənistan Antikorrupsiya Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib ki, korrupsiya işlərinin istintaqı çərçivəsində onlarla ünvanda genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir.
Komitə zərurət yaranacağı təqdirdə əlavə məlumat veriləcəyini açıqlayıb.
Ermənistan KİV-in məlumatına görə, Antikorrupsiya Komitəsinin əməkdaşları hazırda Köçəryan ailəsinə məxsus “Orange Premium Fitness Club”da, həmçinin “Toyota” avtomobil salonunda da istintaq məliyyatı həyata keçirirlər.
***
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları səhər saatlarından etibarən ölkənin keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın evinə gəlib.
FED.az xəbər verir ki. bu barədə müxalif “Ermənistan” fraksiyasının deputatı Mesrop Manukyan sosial şəbəkələrdə məlumat yayıb.
Hadisədən bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət proqramının müzakirəsi zamanı müxalifətə, o cümlədən “Köçəryan klanı”na qarşı bir neçə dəfə sərt ifadələr səsləndirib.












