Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb.
Rüşvət haqda məlumat verən işçidən qisas alınmasına yol verilməyəcək
FED.az xəbər verir ki, müvafiq şikayət əsasında artıq Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində araşdırmalar aparılır. Belə ki, yoxlamalara cəlb olunanlar arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədova və digər şəxslər var.
Məlumata görə, Mərkəzdə ciddi qanun pozuntularına yol verilib: xəstələrdən kütləvi şəkildə rüşvət tələb etmə, xəstə qəbulu prosesində nöqsanlar, qanunsuz reseptlərin yazılması, insulin və digər diabetik dərman preparatlarının pul müqabilində satılması kimi neqativ hallar müəyyən edilib. Hətta, Mərkəzin həkimləri sağlam şəxslərə ağır dibaet diaqnozu qoyaraq onlara arayışları yüksək məbləğ müqabilində satıblar.
Agentliyimiz tərəfindən sözügedən məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərilib, lakin hələ cavab alınmayıb. (Trend)