Xətai rayonu, 8 Noyabr prospekti-189 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Eləcə də bax: Bakıda ağacları kəsən şirkət tapıldı - NAZİRLİKDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı “Real-Park” MMC tərəfindən ərazidə aparılan tikinti işləri zamanı 5 ağacın kəsildiyi və təbiətə 5 280 manat məbləğində ziyan dəydiyi aşkarlanıb.
O qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.