“Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Şirvanda vətəndaşlara əlillik təqaüdləri düzəldəcəyi vədi ilə aldadan şəxs - HƏBS OLUNUB
FED.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib. Məlumata görə, araşdırma zamanı Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.