Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib.
FED.az xəbər verir ki, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.
2019-cu ildə Ramiz Mehdiyev Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə Azərbaycanın ən yüksək mükafatına - Heydər Əliyev ordeninə layiq görülüb.
1938-ci ildə anadan olmuş R.Mehdiyevin 87 yaşı var.