Banner

Hüquq

Qusarda restoran sahibi - Həbs Edildi

Qusarda restoran sahibi - Həbs Edildi | FED.az
11:13 31 İyul 2021

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Ladera” adı istirahət mərkəzində rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Eləcə də bax: Azərbaycanda toylara görə 1 nəfər həbs edilib - 84 Nəfər Cərimələnib

FED.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov  bildirib ki, obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan istirahət mərkəzində qanunvericiliyin tələblərinə müvafiq olaraq restoranın sahibi Abdul Hüseyinovu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 10 gun inzibati həbs edib.

Banner
Banner

Digər xəbərlər

Banner