"Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda başlanan cinayət işi üzrə istitaq davam etdirilir.
9 100 dollar rüşvət alıb ki, gömrükdə malları – «TEZ RƏSMİLƏŞDİRƏCƏK» – CİNAYƏT İŞİ AÇILDI
FED.az xəbər verir ki, həmin cinayət işi üzrə Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun iki əməkdaşı təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 ( külli miqdarda törədildikdə ) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunub. Onların barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq davam etdirilir. (Apa)