"Bəzi media və sosial şəbəkə səhifələrində Xətai rayonu, Ceyhun Həsənov, 81 ünvanında prokurorluq əməkdaşları üçün inşa olunmuş çoxmərtəbəli binanın infrastrukturu və saxlanması ilə bağlı müxtəlif problemlərin mövcudluğu barədə məlumatlar yayılıb".
FED.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
"Bildirilir ki, qeyd olunan bina prokurorluq işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə "Qayğı" Mənzil Tikinti Kooperativinin sifarişi əsasında podratçı tərəfindən inşa edilmiş və hazırda binanın saxlanması, kommunal və digər xidmətlər həmin MTK tərəfindən həyata keçirilir.
Qeyd olunan MTK-nın prokurorluq orqanları ilə hər hansı bağlılığı yoxdur.",- məlumatda deyilir