"PSG Finans" Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-nin vəzifəli şəxsi cərimələnib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) bildirir. Məlumata görə, AMB tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbinin pozulduğu məlum olub. İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddəsinə müvafiq olaraq "PSG Finans"ın vəzifəli şəxsi Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 50 min manat məbləğində cərimə edilib.