Prokurorluq orqanları tərəfindən ötən il 76 milyon 223 min 179 manat məbləğdə ziyanın ödənilməsi təmin edilib. 44,5 milyon manata yaxın məbləğdə əmlak üzərinə həbs qoyulub.
Korrupsiya ilə bağlı özgə əmlakına dəymiş 36 milyon manat ödətdirilib
FED.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev qurumun ötən ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında deyib.
Baş prokuror bildirib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 7 milyon 491 min 995 manat məbləğində pul vəsaiti ödənilib, 44 milyon 344 min 204 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub. (Apa)