Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bir qrup şəxslərinin cinayət işi üzrə məhkəmə iclaslarında zərərçəkmiş şəxs qismində dindirilən “Bakı Tikinti” MMC və “Alfa” MMC şirkətlərinin rəhbəri Kamal Seyfullayev Ali Məhkəməyə müraciət edib.
Akif Çovdarovun əmlakları - MÜSADİRƏ EDİLDİ
FED.az xəbər verir ki, kassasiya şikayətinə Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə baxılacaq.
Qeyd edək ki, 2015-ci ilin oktyabrında keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan sonra dövlət qurumunun çoxsaylı əməkdaşı həbs edilib. Sonra, 2015-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib.
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işində sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Bakı Tikinti” MMC, və “Alfa” MMC rəhbəri Kamal Məmmədağa oğlu Seyfullayev zərərçəkmiş şəxs qismində tanınıb.
Məhkəmə iclaslarında dindirilən iş adamı K.Seyfullayev təzyiqlərdən bezdiyi üçün adıçəkilən şəxslərə 2 milyon manat pul verdiyini bildirib. (Report)