Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və "Kənd inkişafına dəstək" ictimai birliyinə qarşı dələduzluqda təqsirləndirilən Ramin Məmmədovun cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
BNA-nın işçiləri klinika və restoranların qarşısında parkinq yaratmağa - İCAZƏNİ RÜŞVƏTLƏ VERİRMİŞLƏR
FED.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi keçirilən iclasda zərərçəkmiş kimi tanınan "Kənd İnkişafına dəstək" ictimai birliyinin nümayəndəsi çıxış edərək təqsirləndirilən şəxsə qarşı heç bir iddialarının olmadığını bildirib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
İttiham aktında deyilir ki, təqsirləndirilən şəxs regionlarda kənd təsərrüfatının inkişafına dəstək üçün Avropa İttifaqının qrant layihəsinə müraciıt edib. Bu layihə çərçivəsində 223 min avro qrant alıb. Alınan məbləğlə Azərbaycanın 10 rayonunda kənd təsərrüfatının inkişafı üçün təlimlər keçilməsi və yöndə başqa addımların atılması nəzərdə tutulub. Təqsirləndirilən şəxs ona verilən məbləğlə Bakı şəhərində müxtəlif şirkətlərlə ofis, avtomobil kiraləyələnməsi və bu cür məqsədlərlə yalançı müqavilələr bağlayıb, daha sonra həmin şirkətlərin hesabına göndərilən ümumilikdə 242 min manat pulu nağdlaşdıraraq öz şəxsi maraqları üçün istifadə edib.
Ramin Məmmədov "Kənd inkişafına dəstək" ictimai birliyinin nüfuzuna xələl gətirməklə ona əmanət edilən məbləği mənimsəməkdə ittiham edilir.
Növbəti məhkəmə prosesi fevralın 6-na təyin edilib. (Apa)