Binəqədi Rayon Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.
Eləcə də bax: Məhkəmə “İdeal”ın keçmiş sahibi ilə bağlı - Qərar Verdi
FED.az xəbər verir ki, bu barədə onun vəkili İlhamə Həsənova məlumat verib.
Vəkilin sözlərinə görə, hakim Vüqar Məmmədovun sədrlik etdiyi iclasda qərar elan olunub.
Qərara əsasən, vəsatət təmin edilməyib.
Vəkil əlavə edib ki, İ.İsmayılovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və iş baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. (Report)