Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə iclasında vəkillər müdafiə çıxışları ediblər.
Eləcə də bax: Prokuror "İdeal"ın sabiq rəhbərinə - 8 İl Həbs Cəzası İstəyib
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiəçilər - Nailə Eldarova və Gülnar Quluzadə çıxışlarında ittihamın əsassız olduğunu deyiblər.
Onlar İ.İsmayılovun barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Məhkəmədə elan edilib ki, gələn prosesdə təqsirləndirilən şəxsə son söz veriləcək.
Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib.
Xatırladaq ki, prokuror İ.İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
İstintaq dövründə ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.