"Fireland Vineyards" MMC məhkəməyə verilib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (sair-işlər) – üzrə vətəndaş Səidov Elmar Çingiz oğlu tərəfindən qaldırılıb.
İqtisadiyyat Nazirliyi Yaninda Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi maraqlı şəxs qismində iştirak edir.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.