1 milyon 800 min manata yaxın dələduzluqda ittiham olunan Cəfər Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Eləcə də bax: Elmar Vəliyevin qardaşına qarşı - 1 MİLYONLUQ DƏLƏDUZLUQ
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azər Paşayevin icraatındadır.
Məhkəmənin hazırlıq iclası fevralın 25-ə təyin edilib.
Cinayət işi üzrə beş nəfər zərərçəkmiş var. Onlardan biri "Azneftemash" zavodunun prezidenti Şahmar Vəliyevdir. C.Əliyev biznes qurmaq adıyla ondan 1 milyon manata yaxın pul almaqda təqsirləndirilir.
C.Əliyevin toruna düşən digər dörd nəfər isə Elnur Qəhrəmanov, Sadıq Yusifov, Vaqif Rzaquliyev və Əkram Əliyevdir. Zərərçəkmişlərə vurulan ümumi ziyan 1 milyon 800 min manata yaxındır.