Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham olunan “Azərpoçt” MMC-nin 6 saylı Poçt Filialının Müştəri xidmətləri şöbəsinin sabiq rəisi Eldar Əhmədov azadlığa buraxılıb.
Eləcə də bax: Bakı İcra Hakimiyyətinin sabiq aparat rəhbəri - AZADLİĞA BURAXILDI
FED.az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Əhmədov Eldar Camal oğluna 2 il sınaq müddəti tətbiq edilməklə şərti cəza verilib və o məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, E.Əhmədov Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilmişdi.