"ADY Konteyner" şirkəti "AA Transport Servis” MMC-ni məhkəməyə verib
FED.az xəbər verir ki, iddia müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – üzrə qalırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, "ADY Konteyner" MMC Azərbaycan Dəmir Yolları QSC-nin törəmə qurumu olaraq 5 iyul 2017-ci il tarixində təsis edilib. Şirkət dəmir yolu vasitəsilə yük daşımalarının keyfiyyətinin artırılması və təhlükəsizliyinin təmin edilməsi, konteyner daşımalarının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və səmərəli idarə olunması məqsədilə yaradılıb.