Kredit götürmək istədi, dələduzluğun qurbanı oldu.
Onlayn kredit dələduzluğu: Hər təklifə aldanmayın! - VİDEO
FED.az xəbər verir ki, Biləsuvar sakini Dürdanə Baxışova deyir ki, 5 min manat məbləğində kredit götürmək istəyib. "Tiktok" sosial şəbəkəsində də banklardan birinə məxsus olduğunu düşündüyü telefon nömrəsi əldə edib və o nömrə ilə əlaqə saxlayıb.
Dürdanə Baxışova deyir ki, bu zaman dələduzlar onun nöməsini "qara siyahı"ya atıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, vətəndaşlar sosial şəbəkə üzərindən təklif edilən belə şirnikləndirici vədlərə inanmasınlar.
O da bildirildi ki, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməmək, tanımadığınız şəxslərə onlayn qaydada ödəniş etməmək tövsiyə olunur.