Mərkəzi Bank tərəfindən qumar oyunlarına görə bütün ödəniş əməliyyatları dayandırılan “Paysis” MMC-nin rəhbərinin əmlaklarına həbs qoyulub. MMC-nin rəhbəri həbsdə olan Samir Nəsibovdur.
Qanunsuz qumar oyunları səbəbindən “Paysis”in fəaliyyəti dayandırıldı – İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib
FED.az xəbər verir ki, onun əmlaklarına həbs qoyulması ilə bağlı Baş Prokurorluqda aparılan cinayət işi üzrə qərar verilib.
Samir Nəsibovun bir sıra əmlakları üzərinə həbs qoyulub.
Qeyd edək ki, onlayn qumar oyunlarının təşkili, bu fəaliyyətlərdən əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı ittiham olunan Yusif Baqiyev, Ramil Saadov, Pərviz Məmmədov, Samir Nəsibovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Dekabrın 2-də keçirilən iclasda dövlət ittihamçısı təqsirləndirilən Ramil Saadov, Pərviz Məmmədov və Samir Nəsibovun barəsində seçilmiş həbslə bağlı olmayan qətimkan tədbirinin dəyişdirilərək barələrində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verib.
Dövlət ittihamçısının vəsatəti təmin olunub. Hər üç təqsirləndirilənin - Ramil Saadov, Pərviz Məmmədov və Samir Nəsibovun barəsində həbs qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalında həbs olunublar. (Apa)










