Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Hüquq

  1. Ana səhifə
  2. Hüquq
  1. Hüquq

Qoca Səmədovun müsadirə olunan mülkləri - SİYAHI

Qoca Səmədovun müsadirə olunan mülkləri - SİYAHI | FED.az
11:20 23 Noy 2021

Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov 7 il 3 ay azadlıqdan məhrum edilməsi haqda hökmdən apellyasiya şikayəti verib. Onun şikayətinə hazırda Şəki Apellyasiya Məhkəməsində baxılır. Keçmiş icra başçısı sağlıq durumunun ağırlığının nəzərə alınmasını, hökmün dəyişməsini, həbsdən buraxılmasını istəyir.

Eləcə də bax: Yevlaxın sabiq icra başçısı 7 il 3 ay müddətinə həbs olundu

Külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinən Səmədovun özünə və yaxınlarına məxsus xeyli evlər, torpaq sahələri, obyektlər isə müsadirə olunub.

FED.az biznes və maliyyə xəbərləri portalı “Azadlıq” radiosuna  istinadən xəbər verir ki, Qoca Səmədovun müsadirə edilən əmlakları bunlardır:

- Hər birinin 377 min və 220 min manat dəyəri olan iki mənzil;

- Yevlax şəhərində 63 min 700 manat və 57 min 400 manatlıq iki obyekt;

- Yevlaxın Qoyunbinəsi kəndində ümumi dəyəri 61 min 800 manatlıq beş müxtəlif torpaq sahəsi;

- Rayonun Havarlı kəndində 18 min manatlıq torpaq sahəsi;

- Goranboy rayonunun Aşağı Ağcakənd kəndində cəmi 50 min 950 manat qiyməti olan üç ayrı torpaq sahəsi;

- Elə həmin kənddə 0.37 hektar ərazi və orada tikilmiş iki fərdi yaşayış evi – dəyəri 321 min manat;

- Yevlax şəhəri, Aran qəsəbəsində 200 min manatlıq "Su səsi" restoranı;

- Yevlax rayonunun Salahlı kəndində 2 min 159 kvadratmetrlik, 228 min manat dəyərində obyekt;

- Tikintisi yarımçıq qalmış, 251 min manatlıq ikimərtəbəli uşaq bağçası.

Habelə Qoca Səmədovun 30 min manat nağd pulu da müsadirə olunub.

Məhkəmədə Yevlax Rayon İcra Hakimiyyəti 1 milyon 546 min, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki "DOST" İş Mərkəzi isə 58 min manatlıq mülki iddia qaldırıb. Şəki Ağır Cinayətlər Məhkəməsi bu iddiaları təmin edib. Hökmə əsasən, keçmiş icra başçısı və yaxınlarının müsadirə olunan mülkiyyətinin bir hissəsi adları çəkilən qurumlara dəymiş ziyanın ödənilməsinə yönəldiləcək. Qalan hissə isə dövlət nəfinə keçiriləcək.

O cümlədən tikintisi yarımçıq qalmış uşaq bağçasının da dövlət nəfinə köçürülməsinə qərar verilib.

Q.Səmədov məhkəmədə sözügedən uşaq bağçası haqda danışarkən deyib ki, hər rayonda özəl uşaq bağçası tikilməsi tapşırığı gəlmişdi. Bu tapşırığa uyğun olaraq, bəzi sahibkarlarla görüşüb onlara bağça tikməyi təklif etsə də, razılıq verən olmayıb. Ona görə də məcbur olub özü bu işi görmək qərarına gəlib. Sabiq icra başçısının sözlərinə görə, əvvəl bağçanı oğlunun adına sənədləşdirmək istəyib, lakin sonradan şirkətin adına rəsmiləşdirib.

Sabiq icra başçısı etiraf edib ki, bir sahibkar Yevlax Rayon İcra Hakimiyyətinin tenderlərində qalib gəlib müxtəlif işlər görürdü. Həmin sahibkar buna görə ona cəmi 100 min manat pul vermişdi. Həmin pulu da bağçanın tikintisinə xərcləyib.

61-yaşlı Qoca Səmədov 2011-2019-cu illərdə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Bundan əvvəl  isə o, 5 il icra başçısının müavini və birinci müavini olub.

2019-cu ilin dekabrında DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunan Səmədov vətəndaşların ictimai işlərə cəlb edilməsi məqsədilə əməkhaqqı kimi ayrılan vəsaitləri ələ keçirməkdə suçlanır. İddia olunur ki, müxtəlif dövlət orqanlarına işçi kimi rəsmiləşdirilmiş 133 nəfər üçün açılan maaş kartlarından çıxarılan 236 min manat vəsaiti sabiq icra başçısı mənimsəyib. Səmədov həmçinin, 2017-2019-cu illərdə Yevlaxda abadlıq işləri üçün büdcədən ayrılan və müxtəlif şirkətlərin hesablarına köçürülmüş vəsaitlər nağdlaşdırılandan sonra onun 616 min manatını geri alıb mənimsəməkdə ittiham edilir.

Səmədov və ondan sonra həbs olunan Ağstafa, Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarının icra başçılarına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə kimi ittihamlar irəli sürülüb.

Banner
Banner
  • Qoca Səmədov
  • Yevlax
  • büdcə
  • icra hakimi
  • müsadirə
  • mülklər
Paylaş

Digər xəbərlər

Qanunsuz tikilən evlərin su şəbəkəsinə qoşulması - QADAĞAN OLUNUR - YENİ QANUN
Hüquq 29 Mart 2023
Qanunsuz tikilən evlərin su şəbəkəsinə qoşulması - QADAĞAN OLUNUR - YENİ QANUN
Fazil Mustafanın son vəziyyəti - AÇIQLANIB
Hüquq 29 Mart 2023
Fazil Mustafanın son vəziyyəti - AÇIQLANIB
Bakıda kafeyə - SİLAHLI BASQIN OLDU
Hüquq 29 Mart 2023
Bakıda kafeyə - SİLAHLI BASQIN OLDU
Türkiyədə zəlzələdə dağılan binalarla bağlı - 325 NƏFƏR HƏBS EDİLDİ
Hüquq 29 Mart 2023
Türkiyədə zəlzələdə dağılan binalarla bağlı - 325 NƏFƏR HƏBS EDİLDİ
Vüqar Səfərlinin əmlaklarının müsadirə olunması ilə bağlı - QƏRAR LƏĞV EDİLİB
Hüquq 28 Mart 2023
Vüqar Səfərlinin əmlaklarının müsadirə olunması ilə bağlı - QƏRAR LƏĞV EDİLİB
Rusiya Ermənistana - XƏBƏRDARLIQ ETDİ
Hüquq 28 Mart 2023
Rusiya Ermənistana - XƏBƏRDARLIQ ETDİ
“Rabitə işi”ndəki baş mühasib əmlaklarını - GERİ İSTƏYİR
Hüquq 27 Mart 2023
“Rabitə işi”ndəki baş mühasib əmlaklarını - GERİ İSTƏYİR
Bakıda kafe sahibinin azyaşlı oğlu qaçırılıb - 200 min manat tələb edilib
Hüquq 27 Mart 2023
Bakıda kafe sahibinin azyaşlı oğlu qaçırılıb - 200 min manat tələb edilib
Bakıda vətəndaşın bank hesabından pul oğurlayan - ŞƏXS SAXLANILDI
Hüquq 27 Mart 2023
Bakıda vətəndaşın bank hesabından pul oğurlayan - ŞƏXS SAXLANILDI
Qubada qanunsuz  kömür quyusu aşkar edilib
Hüquq 27 Mart 2023
Qubada qanunsuz kömür quyusu aşkar edilib
Ermənistan Konstitusiya Məhkəməsi Putinin həbsi barədə - QƏRARI DƏSTƏKLƏDİ
Hüquq 24 Mart 2023
Ermənistan Konstitusiya Məhkəməsi Putinin həbsi barədə - QƏRARI DƏSTƏKLƏDİ
Onlayn alış-veriş zamanı aldanan istehlakçı nə etməlidir?
Hüquq 23 Mart 2023
Onlayn alış-veriş zamanı aldanan istehlakçı nə etməlidir?
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Xarici KİV: “Rusiyada iqtisadi böhran başlayıb”
    11:58 29 Mart 2023
  • Vergi ödəyicilərinin elektron kabinetə daxil olmaq qaydası dəyişir - XİDMƏTDƏN AÇIQLAMA
    11:56 29 Mart 2023
  • Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına 138 milyon manat - İNVESTİSİYA YATIRILACAQ
    11:54 29 Mart 2023
  • Dünya Bankı Azərbaycanda su resurslarının idarə olunmasının - Yeni Modelini Hazırlayır
    11:50 29 Mart 2023
  • Naxçıvanda 2 yeni yaranan milyonluq şirkətlər bölündü
    11:46 29 Mart 2023
  • Türk lirəsi ucuzlaşmaqda - DAVAM EDİR
    11:44 29 Mart 2023
  • "Togg"un nə qədər sifariş aldığı - AÇIQLANDI
    11:38 29 Mart 2023
  • Sumqayıt Texnologiyalar Parkı "ATEF" Şirkətlər Qrupu ilə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    11:36 29 Mart 2023
  • Fazil Mustafa hüquq-mühafizə qurumunun - HOSPİTALINA KÖÇÜRÜLÜB
    11:29 29 Mart 2023
  • Sumqayıtda ödəmə terminalından 2800 manata yaxın pul oğurlanıb
    11:27 29 Mart 2023
  • Azərbaycanda 2100-dən artıq telefonun IMEI kodu - SAXTA ÇIXIB
    11:23 29 Mart 2023
  • Qəbələ Suvarma sistemləri İdarəsi - TENDER ELAN EDİR
    11:19 29 Mart 2023
  • İşdən çıxan işçiyə istifadə etmədiyi məzuniyyətə görə - KOMPENSASİYANIN ÖDƏNİLMƏSİ
    11:18 29 Mart 2023
  • "2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalır"
    11:15 29 Mart 2023
  • Azərbaycan şirkəti ilk dəfə olaraq - XARİCƏ SAAT İXRACINA BAŞLAYIB
    11:12 29 Mart 2023
  • Qanunsuz tikilən evlərin su şəbəkəsinə qoşulması - QADAĞAN OLUNUR - YENİ QANUN
    11:08 29 Mart 2023
  • "Transair” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    11:06 29 Mart 2023
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    11:00 29 Mart 2023
  • 930 mindən çox mobil nömrə ilə şəbəkəyə qoşulan 2130 IMEI koda - "KLON" STATUSU VERİLİB
    11:00 29 Mart 2023
  • AccessBank tender - ELAN EDİR
    10:57 29 Mart 2023
  • Rusiya bankının AMB tərəfindən təkrar maliyyələşdirmə dərəcəsinin dəyişdirilməsinə dair - PROQNOZU
    10:53 29 Mart 2023
  • Dünya Bankı: "Azərbaycanda "ağıllı kənd"lərin yaradılması ilə bağlı işləri genişləndirəcəyik"
    10:45 29 Mart 2023
  • Dövlət qurumu xüsusi geyimlər alır - TENDER ELANI
    10:42 29 Mart 2023
  • "Uni Construction” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    10:38 29 Mart 2023
  • Qlobal bazarlarda son vəziyyət - InvestAZ TƏQDİM EDİR
    10:33 29 Mart 2023
  • Baş Prokurorluq - TENDER ELAN ETDİ
    10:31 29 Mart 2023
  • Sürücülər “Buraxılış vəsiqəsi”ni necə ala bilərlər? - AYNA AÇIQLADI
    10:28 29 Mart 2023
  • "Az Build Group” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    10:27 29 Mart 2023
  • Aİ və Dünya Bankı Azərbaycanda 5,25 milyon avroluq layihə - İCRA EDƏCƏK
    10:23 29 Mart 2023
  • Kənd Təsərrüfatı Nazirliyinin tenderinin qalibi bu şirkət oldu- NƏTİCƏ, MƏBLƏĞ
    10:18 29 Mart 2023
  • «İpək Yolu Sığorta» sürətlə böyüyür – MƏNFƏƏT AÇIQLADI - HESABAT
    10:18 29 Mart 2023
  • "Green Con” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    10:13 29 Mart 2023
  • Paylı mülkiyyəti olan şəxslər həmin əmlakdan istifadə üçün - NƏ ETMƏLİDİRLƏR?
    10:11 29 Mart 2023
  • “Apple” hissə-hissə ödəmə xidmətini - İŞƏ SALIB
    10:07 29 Mart 2023
  • 3 peşə məktəbi publik hüquqi şəxsə çevrildi - SİYAHI
    10:01 29 Mart 2023
  • Fazil Mustafanın son vəziyyəti - AÇIQLANIB
    09:54 29 Mart 2023
  • "Çıraq Plaza” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    09:48 29 Mart 2023
  • Qarabağda sənaye parklarında 1300 nəfər daimi işlə təmin olunacaq - VİDEO
    09:48 29 Mart 2023
  • "Technoil" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    09:41 29 Mart 2023
  • Bakıda mənzil və evlərin qiymət artımları - AÇIQLANDI
    09:40 29 Mart 2023
  • "Anima" MTK - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    09:38 29 Mart 2023
  • Azərbaycan Turizm Bürosu - TENDER ELAN EDİR
    09:34 29 Mart 2023
  • Azərbaycan nefti 3 faizdən çox bahalaşıb - SON QİYMƏT
    09:33 29 Mart 2023
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:28 29 Mart 2023
  • Bakıda kafeyə - SİLAHLI BASQIN OLDU
    09:25 29 Mart 2023
  • Maliyyə Monitorinqi Xidməti – AUDİTOR SEÇİB - NƏTİCƏ, MƏBLƏĞ
    09:19 29 Mart 2023
  • Azercell, Bakcell və Nar 2 ayda - 100 MİLYON DOLLAR QAZANIBLAR
    09:18 29 Mart 2023
  • Neft bahalaşıb - SON QİYMƏT
    09:17 29 Mart 2023
  • Türkiyədə zəlzələdə dağılan binalarla bağlı - 325 NƏFƏR HƏBS EDİLDİ
    09:12 29 Mart 2023
  • Bu gün İsraildə Azərbaycan səfirliyinin - AÇILIŞI OLACAQ
    09:07 29 Mart 2023
  • Nazirlik veb-sayt yenilənməsi üçün 38,5 min manat ödəyəcək - TENDER NƏTİCƏSİ
    09:05 29 Mart 2023
  • «Günay Sığorta»nın illik zərəri daha da artır – VƏZİYYƏTİ MƏLUM OLDU
    09:02 29 Mart 2023
  • 102 avtobus gecikir - SİYAHI
    09:00 29 Mart 2023
  • "Qafqaznet" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    08:56 29 Mart 2023
  • Fazil Mustafadan ilk açıqlama
    08:55 29 Mart 2023
  • Bakı Şəhər İcra Hakimiyyəti Baytarlıq İdarəsi - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    08:51 29 Mart 2023
  • Dənizkənarı Bulvar İdarəsi - TENDER ELAN EDİR
    08:47 29 Mart 2023
  • Kəlbəcər rayonunda mobil düşərgənin salınması işləri ilə bağlı - TƏKLİFLƏR SORĞUSU
    08:47 29 Mart 2023
  • Ağdam rayonunda mobil bazanın salınması işləri ilə bağlı - TƏKLİFLƏR SORĞUSU
    08:44 29 Mart 2023
  • “Pure Product” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    08:39 29 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!