İnzibati Xətalar Məcəlləsinə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasıyla bağlı yeni bəndin əlavə edilməsi təklif edilir.
Eləcə də bax: Avtoxuliqanlıq edənlər iki ayadək - Həbs Ediləcək
FED.az xəbər verir ki, təklif edilir ki, Məcəllənin 327-ci maddənin “qeyd” hissəsinə aşağıdakı məzmunda 7-1-ci bənd əlavə edilsin:
“7-1" Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir.
Qeyd edək ki, 327.6- cı maddədə bildirilir ki, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir.
Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. (Qafqazinfo)