Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Eləcə də bax: İki ildir işsiz qalan qəlyançılar - Qadağanın Götürülməsini İstəyirlər
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən xəbərə görə, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi müəyyən edilib. Obyektə cavabdeh olan R.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.