Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən "Qədir Xum" restoranında nişan mərasimi keçirilməsinin qarşısı alınıb.
Eləcə də bax: DİN: Bütün kütləvi tədbirlərin təşkili və keçirilməsi - Qadağandır
Daxili İşlər Nazirliyindən FED.az-a verilən məlumata görə, orada karantin qaydalarını pozan ümumilikdə 57 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
Karantin qaydalarını pozan mərasim iştirakçıları və obyektin icarədarı cərimə olunublar.