“Qarabağ” futbol klubu dövlət qeydiyyatına alınmış əmtəə nişanlarından qanunsuz istifadə halları ilə bağlı polisə müraciət edib.
Eləcə də bax: UEFA "Qarabağ"a bir milyon avrodan çox - ÖDƏNİŞ EDİB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı klubun direktoru Emrah İşık Çelikel ərizə ilə Suraxanı Rayon Polis İdarəsinə noyabrın 11-də müraciət ünvanlayıb. Şikayət ərizəsində bildirilib ki, “Qarabağ” klubunun rəsmi dövlət qeydiyyatına alınmış əmtəə nişanlarının əks olunduğu formalar sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən satışa çıxarılır.
Klub həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və qanunsuz satışların qarşısının alınmasını xahiş edib.
Müraciətlə bağlı araşdırmalar aparılır.