Sosial şəbəkələrdə qeyri-leqal mərc və qumar oyunlarının reklamı artır.
Dövriyyəsi 10 milyon manatı keçən, onlayn qumar təşkil edən dəstə tutulub - VİDEO
FED.az xəbər verir ki, söhbət sosial şəbəkə platformalarındakı onlayn kazino, qumar oyunlarından gedir.
Gündən-günə artan bu oyunlara maraq da az deyil.
Marketoloqlar deyir ki, vətəndaşlar bura bir sıra psixoloji yollar ilə cəlb edilirlər.
Marketinq mütəxəssisi Tural Səmədov bildirib ki, bu hesablar əsəsən xaricdən idarə edilir. Bir müddətdən sonra sosial platforma yaranan hesabı bloklayır. Amma həmin dəstə üzvləri yeni saxta hesablar yaradaraq qanunsuz işlərini görməyə davam edirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən də təxirəsalınmaz tədbirlər həyata keçirilir.