“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyət “Cənub Nəqliyyat Layihə” MMC-yə qarşı iddia qaldırır.
Eləcə də bax: Daha bir şirkət “Günay Sığorta” ilə məhkəmə çəkişməsindədir
FED.az xəbər verir ki, “Qala Həyat” Sığorta Şirkəti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək “Cənub Nəqliyyat Layihə” MMC ilə aralarında müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrin – sığorta müqaviləsi üzrə mübahisələrin olduğunu bildirib.(banker)
Zaur Pirverdiyev məhkəməyə hakim təyin edilib.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i “Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.