Banner

Hüquq

Qadınların bank kartlarını aldadaraq dəyişən - ŞƏXS TUTULDU

Qadınların bank kartlarını aldadaraq dəyişən - ŞƏXS TUTULDU | FED.az
10:29 19 Fev 2020

Bakıda qadınlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

FED.az xəbər verir ki, hadisə 2019-cu ilin dekabr ayında Binəqədi rayon ərazisində qeydə alınıb.

Eləcə də bax: Azərbaycanda "əlilləri avtomobil növbəsinə salan vəkil" - HƏBS EDİLDİ!

Belə ki, naməlum şəxs bankomatın qarşısında Bakı şəhər sakini G.Cəlilovanı aldadaraq onun bank kartını dəyişib. Həmin şəxs yanvarın 13-də isə qadına məxsus olan bank kartından 260 manat pul çıxarıb.

Daha sonra G.Cəlilova hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1995-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Hüseynxan Yadigarlı müəyyən olunaraq tutulub.

Araşdırmalar zamanı məlum olub ki, o, digər üsullarla N.Kərimova da qarşı dələduzluq edib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Report

Digər xəbərlər

Banner