Gürcüstanda fəaliyyət göstərən TBC bankın təsisçiləri – Mamuka Xazaradze və Badri Caparidzenin işi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət olunacaq.
FED.az xəbər verir ki, bu barədə bankirlərin vəkili Zviad Kordzadze bildirib.
Eləcə də bax: Gürcüstan Bankı inflyasiyanı dayandırmaq üçün - FAİZLƏRİ ARTIRDI
Onun sözlərinə görə, işə iki peşəkar və nüfuzlu əcnəbi vəkil də cəlb olunub: “Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı iş Gürcüstan yurisdiksiyasının sərhədlərini aşıb. İttihamçı tərəf artıq işlə bağlı Böyük Britaniyaya bir neçə ərizə təqdim edib”.
Z.Kodzadze qeyd edib ki, iş üzrə Strasburq məhkəməsinə müraciətin təqdim olunması üçün materiallar hazırdır.
Qeyd edək ki, TBC Bankın təsisçilərinə qarşı bu ilin iyulun 24-də 16 754 000 dolların qanunsuz leqallaşdırılması ilə bağlı ittiham irəli sürülüb. Onların hər ikisinin bank hesablarına həbs qoyulub.
Bankirlərin hər biri 700 min lari girov müqabilində və ölkəni tərk etməmək qadağası ilə azadlığa buraxılıb. Hər iki biznesmen onlara qarşı qaldırılan cinayət işini absurd adlandırırlar.
Report