Prokurorluq Azərbaycanda avtomobil zavodunda işçinin qəfil ölümü ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən FED.az-a daxil olan məlumatda deyilir
"Bəzi media qurumları tərəfindən Gəncə şəhəri ərazisində yerləşən avtomobil zavodunda mühafizə xidmətində çalışan Elçin Yusibovun zədə alması nəticəsində vəfat etməsi ilə bağlı informasiyalar ictimailəşdirilib.
Yayılan həmin informasiyalarla bağlı bildiririk ki, fevralın 23-də gecə saat 03 radələrində 1982-ci il təvəllüdlü Elçin Yusibov iş yerində səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya aparılıb, göstərilmiş tibbi yardımlara baxmayaraq, “qəfləti koronal ölüm” diaqnozu ilə vəfat edib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, ərazidə olan təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə baxış keçirilib.
Hazırda şəhər prokurorluğunda araşdırma davam etdirilir".