Banner

Hüquq

Prezidentin köməkçisi: Məhkəmələrdəki dəyişiklikləri - HAMI GÖRƏCƏK

Prezidentin köməkçisi: Məhkəmələrdəki dəyişiklikləri - HAMI GÖRƏCƏK | FED.az
11:38 4 May 2019
Azərbaycanın məhkəmə sistemində aparılan islahatlar nəticəsində müsbət dəyişiklikləri bütün vətəndaşlar hiss edəcəklər. FED.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov bildirib.


Onun sözlərinə görə, prezidentin bu il aprelin 3-də imzaladığı «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» fərman müxtəlif məsələləri əhatə edir:
«Əsas məqsədi məhkəmə hakimiyyətinin nüfuzunun və məhkəməyə inamın artırılması olan fərmanda məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün qanunvericilik, institusional və praktiki tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Əminik ki, bu islahatlar həyata keçirildikdən sonra hər bir Azərbaycan vətəndaşı məhkəmə sistemindəki müsbət dəyişikliklərin şahidi olacaqdır».

Digər xəbərlər

Banner