“Məhkəmə orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə şəffaflığın artırılması üçün görülən tədbirlər 2018-ci ildə də davam etdirilib. Bununla belə, ötən il Prezident Administrasiyasına məhkəmə orqanlarının fəaliyyətinə dair daxil olan müraciətlərin sayı artıb”.
FED.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində bildirib.
Eləcə də bax: Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi yaradılır
O qeyd edib ki, müraciətlərin sayının artmasını vətəndaşlarımızın öz problemlərini hüquqi müstəvidə həll etməyə üstünlük verməsi ilə əlaqələndirmək olar: “Prezident Administrasiyasına Bakı şəhərinin Binəqədi, Xəzər, Qaradağ, Nərimanov, Nizami, Səbail, Suraxanı, Yasamal rayonlarının, həmçinin Sumqayıt, Şirvan, Abşeron, Balakən, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Xaçmaz, İmişli, Quba, Masallı, digər şəhər və rayon məhkəmələrinin fəaliyyətinə dair müraciətlər nisbətən çox daxil olub. Həmçinin apellyasiya, inzibati-iqtisadi və hərbi məhkəmələrin fəaliyyəti barədə müraciətlər də az deyildir”.