Bakıda marşrut avtobuslarında maska taxmayan şəxslərə qarşı reyd keçirilib.
FED.az xəbər verir ki, polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatda reyd keçirilib.
Eləcə də bax: Polisdən xəbərdarlıq: Əhalinin sıx olduğu yerlərdə maskası olmayan cərimələnəcək
Binəqədi rayonunda keçirilən tədbirdə ictimai nəqliyyatda maskasız olan şəxslər avtobusdan düşürülüb və 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Polis əməkdaşları mülki geyimdə avtobuslara daxil olaraq yoxlama aparıblar. Bu cür reydlər paytaxt ərazisində davam etdiriləcək. (Qafqazinfo)