Qusar Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Kazımov mağazasına gələn şəxslərin alış-veriş edib, 1 ədəd 100 dollarlıq saxta əskinas verməsini bildirib.
FED.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər - Gəncə şəhər sakinləri - Q.Mahmudova və əvvəllər məhkum olunmuş S.Əliyev, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri - E.Həsənov, O.Məmmədov və Sumqayıt şəhər sakini G.Eynullayeva saxlanılıblar.
Onlardan ümumilikdə 70 ədəd 100 dollarlıq saxta əskinas götürülüb. (Report)