“Həm işləyən, həm də işləməyən pensiyaçıların əmək pensiyasının müəyyən şərtlər daxilində yenidən hesablanması mümkündür. Pensiya təyin olunarkən müəyyən qüsura yol verildikdə, iş stajı nəzərə alınmayanda, minimum əmək pensiyasının məbləği artırıldıqda, bəzən pensiyaların indeksləşdirilməsi ilə bağlı sərəncam olduqda yenidən hesablana bilər”.
Azərbaycanda əhalinın 10,8 faizi pensiyaçıdır - STATİSTİKA
FED.az xəbər verir ki, bunu Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi Rahib Nəbizadə bildirib.
Hakim qeyd edib ki, işləyən pensiyaçıların əmək pensiyasının yenidən hesablanmasına müəyyən hallar da daxildir: “Qayda belədir ki, şəxs pensiya alandan sonra 6 il müddətində işləyirsə, işlədiyi dövrdə yığılan pensiya kapitalına görə 6 ildən sonra şəxsin pensiyası yenidən hesablanır. Sonrakı müddətdə də 6 il işləyirsə, yenə də bu müddət tamam olandan sonra toplanan kapital nəzərə alınmaqla, yenidən hesablana bilər. Eyni zamanda şəxs 4 il işləyib sonra işdən çıxırsa və işləməyən pensiyaçıların kateqoriyasına keçirsə, bu halda da əmək pensiyası yendən hesablanır”.