Azərbaycanda ağır tonnajlı avtomobillərin satışını həyata keçirən “Capital Motors” Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən cərimələnib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə tərtib etdiyi protokola əsasən qərar çıxarıb.
Eləcə də bax: Bakıda şirkət cərimə ala-ala gedir: məbləğ - 1 MLN. MANATA ÇATIR
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Nizami Rayon Məhkəməsinin qərarından QSC tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
“Capital Motors” MMC şirkəti 2011-ci ildən Azərbaycan respublikasında fəaliyyətə başlayaraq qısa müddətdə ölkəmizin ağır texnika ilə məşğul olan şirkətdir.
Şirkətin məlumatdında qeyd edilir ki, onların müştəriləri arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azəriqaz İB, Azərsu ASC və digər çoxlu sayda yerli özəl və dövlət müəssisələridir.