Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevin məhkəmə prosesi başa çatıb.
Azərbaycanda alıcıları aldadan tikinti şirkətinin rəhbəri - ÖZÜNÜ ÖLMÜŞLÜYƏ VURDU
FED.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Rafət Qəniyev 8 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
25 noyabr 2021-ci ildə Sabirabad rayon prokurorluğuna rayonun Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə insan sümükləri qalıqlarının aşkar edilməsi barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub. Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası təyin edilib.
Aparılmış çoxsaylı araşdırma tədbirləri ilə Rafət Qəniyevin ölmədiyi, direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən edilib.
Sabirabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək saxlanılıb.
Rafət Qəniyevin Bakıda mağazadan şəxsiyyət vəsiqəsi ilə televizor alarkən tutulduğu bildirilir. (Apa)