Bakıda özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək çoxlu sayda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Vüsal Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Rüşvətlə sərhəddən avtomobil keçirən sabiq gömrük rəisinə 8 il 6 ay - HƏBS VERİLDİ
FED.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə tərkibdə dəyişiklik olduğu üçün istintaqın yeniləndiyi elan olunub. Təqsirləndirilən şəxsin və zərərçəkənlərin anket məlumatları dəqiqləşdirilib.
Vüsal Bağırov dövlət ittihamçısı Cövdət Mehralıyevə etiraz edib. O, prokurorun daha öncəki iclaslarda onun şikayətlərini nəzərə almadığını söyləyib.
Zərərçəkənlər buna etiraz edib. Dövlət ittihamçısı etiraz yazılı formada olmadığı üçün baxılmamış saxlanılmasını təklif edib.
Məhkəmə qərara alıb ki, etiraz əsassız sayılsın və təmin edilməsin.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Məlum olub ki, zərərçəkənlərə dəymiş ziyanın ümumi məbləği 400 mindən artıqdır.
Vüsal Bağırov özünü elan olunmuş ittihamla bağlı təqsirli bilməyib.
Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, Vüsal Hüseynağa oğlu Bağırov 2022-ci ildə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külii miqdarda zərər vurmaqla törədildikdə) maddəsinə yekun ittiham elan olunub. Həmin maddənin sanksiyasında 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.
Cinayət işi üzrə 23 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. (Apa)