Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi xidmətdən yayınmaq istəyən çağırışçıların qanını öz qanı ilə dəyişdirən talassemiyalı lobarantla bağlı məsələyə münasibət bildirib.
Plastik cərrahlara rüşvətlə sertifikat verən şöbə müdirləri barəsində qərar verildi
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, sözügedən məsələdən xəbərdardırlar.
Bildirilib ki, hərbi xidmətdən yayınma ilə bağlı bütün məsələlər araşdırılır: “Bu istiqamətdə Baş Prokurorluqla birgə kompleks tədbirlər görülür. Bu kimi faktlar da ortaya çıxdığı halda təqsirkar şəxs məsuliyyətə cəlb edilir”.
Qeyd edək ki, Musavat.com-un məlumatına görə, Süleyman Qubadlı adlı laborant 2022-2023-cü illər ərzində həqiqi hərbi xidmətdən yayınmaq üçün ona müraciət edən ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq analiz üçün öz qanını verib. Talassemiya xəstəliyindən əziyyət çəkən Süleyman saxta nəticələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabe qurumlarına təqdim edib. O, törətdiyi əmələ görə 1 il 6 ay azadlıqdan məhrum edilib.