"2025-ci ildən vəkillərə ödənilən haqqın məbləği artırılıb".
Vəkillər və mediatorlar üçün sosial sığorta haqları artırılır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov kollegiya üzvlərinin növbəti yığıncağında deyib.
O bildirib ki, vəkillərə ödənilən haqqın saatı 6 manatdan 11 manata qaldırılıb:
"Qeyd edim ki, 2025-ci ildə 34 073 qərar üzrə 5 999 874.51 manat məbləğ vəkillərə ödənilib. Növbəti il üçün isə dövlət büdcəsindən ödənişsiz hüquqi yardıma görə 9 milyon manat vəsait ayrılıb". (Oxu.az)










