"Azərbaycanda belə bir yanlış fikir formalaşıb ki, prokuror nə deyirsə, məhkəmə də onu edir. Bu, yanlış fikirdir".
FED.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
Onun sözlərinə görə, 2018-ci ildə prokurorluq tərəfindən verilən protestlərin cəmi 35 faizi təmin edilib.
Eləcə də bax: “Bakı Hərbi Məhkəməsi düz etmir” - ALİ MƏHKƏMƏNİN SƏDRİ
R. Rzayev onu da vurğulayıb ki, 2000-ci ildən indiyədək Azərbaycanda baş vermiş cinayətlərin sayında artım müşahidə edilmir.
Ali Məhkəmənin sədri vətəndaşların qərarların həyata keçirilməsində icra məmurlarına problem yaratdıqlarını da qeyd edib.