“Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 118 milyon manatlıq ziyandan 39 milyon manatdan artığı ödətdirilib”.
Eləcə də bax: Bu cinayət işləri üzrə 67 milyon manat ziyan - ÖDƏNİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.
O deyib ki, qurumun İstintaq idasrəsində 87 milyon manat ziyan müəyyən edilib, 45 milyon manat ödətdirilib: “Rayon prokurorluqlarında 21 milyon ziyan müəyyən olunub, lakin 9,6 faiz ödənilmə var”.