Azərbaycanda yeni yaradılmış kommersiya məhkəmələrinin səlahiyyətləri bir qədər genişləndirlib.
Eləcə də bax: Borcunu ödə, ökədən çıx - SƏRHƏDDƏ YENİ SİSTEM İŞƏ DÜŞÜR
Bu barədə FED.az-a Məhkəmə Hüquq Şurasının rəsmisi Seyfəlpaşa Əliyev bildirib.
Onun sözlərinə görə, əvvəllər bir sıra məhkəmə işlərinə xüsusi icraat qaydasında baxılırdısa, indi bu barədə qərarları kommersiya məhkəmləri verəcək.
«Söhbət vergi orqanlarının təqdimatı əsasında şəxsin ölkədən getməsinə müvəqqəti məhdudiyyət qoyulmasından gedir. İndiyədək bu işi xüsusi icraat qaydasında rayon məhkəmələri həyata keçirirdi. İndi isə əgər tərəf, yəni ölkədən çıxışına məhdudiyyət qoyulacaq şəxs sahibkardısa artıq bu məslələrə də kommersiya məhkəməsi baxacaq»-deyə S.Əliyev bildirib.