Abşeron rayonu ərazisində yerləşən marketlərin birindən və orada olan ödəmə terminalından 3 min 567 manat oğurlanıb.
FED.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətindən bildirilib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif Hüseynov, 27 yaşlı Elvin Əhmədov və 34 yaşlı Emin Yusifov müəyyən olunaraq saxlanılıblar.
Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər paytaxtın müxtəlif rayonlarında, həmçinin Abşeron rayonunda yerləşən 11 mağazadan ödəmə terminallarını sındırmaqla ümumilikdə 38 min 943 manat pul vəsaitini oğurlayıblar.
Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Araşdırmalar davam etdirilir.