Abşeronda ödəmə terminalından pul oğurlanıb.
Bakıda vətəndaşın pulunu və kartını oğurladılar - SAXLANILDI
Bu barədə FED.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayon polis idarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 19-na keçən gecə Xırdalan şəhəri ərazisində marketlərin birindəki ödəmə terminalından 1538 manat pul oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini Zabit Əliyev müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı tədqiqat davam edir.