Bakıda ödəmə terminalından 6999 manat oğurlayanlar saxlanılıblar.
Bu barədə FED.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında quraşdırılan ödəmə terminalından 6999 manat oğurlanması barədə polisə məlumat daxil olub.
Bakı şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini 1995-ci il təvəllüdlü Asim Əsədli və Masallı rayon sakini 1994-cü il təvəllüdlü Xəyal Məmmədov saxlanılıblar. Faktla bağlı Xəzər RPİ-də Cinayət İşi başlanılıb istintaq tədbirləri davam etdirilir.
Qeyd olunub ki, A.Əsədli və X.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.