“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi və ya hüquqi adı ilə “Oba Retail Chain” MMC ölkənin elektrik enerjisi təchizatçısına qarşı “pul” iddiası qaldırıb.
Eləcə də bax: Azərbaycanda iş adamı «OBA»nın səhvən ödədiyi - 15 MİN MANATI QAYTARMIR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bununla bağlı marketlər şəbəkəsi Bakı Kommersiya Məhkəməsinə “Azərişıq” ASC-yə qarşı iddiası təmin edilməyib.
Lakin “Oba Retail Chain” bu qərardan razı qalmayaraq apelyasiyaya müraciət etdiyi bildirilir.
Qeyd edək ki, şirkət olaraq “OBA” 2016-cı ildən dövlət qeydiyyatına alınıb. Şirkətin yaradılışında məqsəd gündəlik tələbat məhsullarını mümkün olan ən ucuz qiymətə satılmasını təmin etməkdir.
Market şəbəkəsi ölkə üzrə mağazalarının sayını 700-dən yuxarıdır.