Sabunçu Rayon Məhkəməsində “OBA Market” MMC barəsində tərtib edilən cərimə protokoluna baxılıb.
Eləcə də bax: “Al Market” - CƏRİMƏLƏNDİ
FED.az xəbər verir ki, hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şirkətin barəsində inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Qeyd: “OBA Market” MMC barəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib. Daha sonra protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.