Növbəti il üçün ödənişsiz hüquqi yardıma dövlət büdcəsindən 9 milyon manat ayrılıb.
Vəkillər və mediatorlar üçün sosial sığorta haqları artırılır
FED.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov "Vəkil Günü" peşə bayramı münasibətilə keçirilən andiçmə və təltifolunma mərasimində deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı vəkilliyin institusional müstəqilliyinin gücləndirilməsinə əsaslı töhfə verib:
"Fərmana əsasən, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsait birbaşa Vəkillər Kollegiyasına ayrılıb. Xüsusilə, 2025-ci ildə vəkillərə ödənilən haqqın saatda 6 manatdan 11 manata qaldırılması da bu siyasətin ardıcıl davamının bariz nümunəsidir. Bu proseslərin həyata keçirilməsində Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin rolu danılmazdır". (Report)










