“Norveç Mikrokredit” MMC-nin pulu mənimsənilib.
FED.az "APA"ya istinadən xəbər verir ki, Məmmədov Rövşən Gülməmməd oğluna qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.
Eləcə də bax: "OBA" marketlər şəbəkəsinin əməkdaşları - 10 MİN MANAT MƏNİMSƏYİBLƏR
İş üzrə zərərçəkmiş qismində bank olmayan kredit təşkilatı “Norveç Mikrokredit” MMC tanınıb.
Cinayət işinin ibtidai istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.
Qeyd edək ki, “Norveç Mikrokredit” MMC qaçqın və məcburi köçkün, eləcə də yerli aztəminatlı əhaliyə mikro maliyyə xidmətləri göstərən qeyri-bank kredit təşkilatıdır. Təşkilat 1998-ci ildə Norveç Qaçqınlar Şurası tərəfindən Dağlıq Qarabağdan köçkün düşmüş azərbaycanlılara öz fərdi bizneslərini qurmaq və genişləndirmək, onların həyat şəraitini yaxşılaşdırmaq, özləri və ailə üzvləri üçün yeni iş yerləri yaratmaq və xarici humanitar yardımdan asılılığı azaltmaq məqsədilə həyata keçirdiyi gəlir yaratma layihəsi kimi yaradılıb.